Dopler effekti — dalğa uzunluğu və tezliyində baş verən dəyişiklik. Avstriya riyaziyyatçısı və fiziki Kristian Dopler (Christian Doppler) bu prinsipi ilk dəfə 1842-ci ildə aşkar etmişdir.
1845-ci ildə Hollandiyalı meteoroloq Kristofor Henrik Diderik Böys-Balot Dopler effektini Utrext ilə Amsterdamı birləşdirən dəmir yolunda yoxlayaraq təsdiq etmişdir.